“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Qalatasaray”la razılığa gəlib. İstanbul klubu hazırda Milan təmsilçisiylə danışıq aparır. Tərəflər təzminat məsələsində anlaşmalıdır.
Çünki “İnter” onun üçün ən azı 40 milyon avro tələb edir.
Çalhanoğlunun Milan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.