AZ

Təhsilin İnkişafı Fondu BDU da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

Təhsilin İnkişafı Fondu Bakı Dövlət Universitetinin (BDU) pedaqoji və inzibati heyəti üçün “TəhsilPlus” kartı ilə bağlı görüş keçirib. Görüşdə təhsil işçiləri üçün müxtəlif güzəşt və imtiyazlar təqdim edən bu yeni layihə ətrafında fikir mübadiləsi aparılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Fond tərəfindən həyata keçirilən sosial və təhsil yönümlü layihələr barədə danışıb. BDU ilə Fond arasında birgə layihələrdən bəhs edib, bu layihənin təhsil işçiləri üçün faydalı olacağını bildirib.

Daha sonra Fondun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirbəyli dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş layihə və proqramlar barədə geniş məlumat verib. O, bu görüşün əsas məqsədinin təhsil sahəsində çalışan şəxslərin ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək olduğunu qeyd edib.

Görüş zamanı geniş müzakirələr aparılıb, müəllimlərin rəy və təklifləri dinlənilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
azertag.az

2Mənbələr