AZ

Qiyməti tez-tez artan kərə yağının istehsalı azalıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycan 10 min 813,2 ton kərə yağı isehsal edib. 

Valyuta.az xəbər verir ki, kərə yağının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. 

Belə ki, ötən il Azərbaycanda 11 min 335,1 ton kərə yağı istehsal olunub. İllik müqayisədə kərə yağının istehsalı 521,9 ton və ya 4% azalıb. 

Bu ilin iyun ayının 1-nə olan hazır məhsul ehtiyatı 5,2 ton olub.

Sərvanə Rəmixanova

Seçilən
5
valyuta.az

1Mənbələr