AZ

Sakin: Nərimanov rayonunda baxımsızlıqdan quruyan ağaclar çıxarılıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Nərimanov rayonun, Təbriz küçəsində suvarılmadığı quruyan şam ağaclarının çıxarıldığı iddia olunur.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Xatırladaq ki, ötən gün sözügedən ünvanın sakinləri Oxu.Az-a ərazidəki şam ağaclarının baxımsız vəziyyətdə qaldığını, suvarılmadığı üçün quruduğunu bildirmişdilər. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə iddiaların reallığı əks etdirmədiyi, ərazidəki ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərildiyi söylənib.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr