AZ

Daha bir müəllim sertifikasiyadan 60 bal TOPLADI

Təhsilverənlərin bu gün keçirilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsində daha bir müəllim ən yüksək nəticəyə imza atıb.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova sertifikasiya imtahanında maksimum nəticə – 60 bal toplayaraq yüksək göstərici ilə fərqlənib.

Xatırladaq ki, bu gün Bakının Nizami rayonundakı 1 nömrəli idman liseyinin ingilis dili müəllimi Simuzər Əhmədova da sertifikatlaşdırılma imtahanında 60 bal toplayıb.

Oyunun 18-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir (modern.az). 

Seçilən
11
1
redaktor.az

2Mənbələr