AZ

649 dollara Tbilisi, Batumi, Martvili və Trabzonu əhatə edən yay turu

“Tel Travel” turizm şirkəti yay aylarında iki ölkə və dörd şəhəri əhatə edən yeni tur paketini təqdim edib.

Finss.az xəbər verir ki, 5 gün 4 gecə davam edəcək tur çərçivəsində iştirakçılar Gürcüstanın Tbilisi, Batumi və Martvili şəhərlərinə, həmçinin Türkiyənin Trabzon bölgəsinə səyahət edəcəklər.

Turun qiyməti 649 ABŞ dolları təşkil edir və qiymətə aviabilet (Bakı–Tbilisi–Bakı istiqamətində 10 kq əl yükü ilə), VIP transfer, Batumidə 4 ulduzlu oteldə gecələmə, səhər yeməkləri və Azərbaycanlı tur rəhbərinin müşayiəti daxildir. Turun tarixləri 21–26 iyul və 18–23 avqust olaraq müəyyən edilib. Qeyd olunur ki, ilkin ödəniş məbləğin 50%-i həcmindədir.

Ekskursiyalar çərçivəsində Tbilisidə Qədimi Şəlalə, Fosforlu hamamlar, Avropa meydanı, Narinqala və Sülh Körpüsü ziyarət olunacaq. Batumidə Martvili Kanyonu, Maxunceti Şəlaləsi, Batumi bulvarı, Əli və Nino heykəli, Tamara Körpüsü, İtalyan şəhərciyi – Piazza, Avropa meydanı və Alfabe Qülləsi nəzərdə tutulub. İstəyə əsasən Batumidə yaxta gəzintisi (10 USD) və delfinariyaya giriş (15 USD) də mümkündür. Trabzon ekskursiyası isə əlavə 40 USD-ə təşkil edilir və Uzungöl, çay fabriki, mərkəzi meydan kimi məkanları əhatə edir.

Şirkət bildirir ki, qiymət 2 və ya 3 nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. Tək qalmaq istəyən turistlər üçün əlavə ödəniş tələb olunur. Aviabiletlərə əlavə baqaj daxil deyil – əlavə 70 USD ödənilməlidir. Həmçinin, nahar və şam yeməkləri, muzeylərə giriş biletləri və əlavə ekskursiyalar qiymətə daxil deyil.

Ətraflı məlumat və qeydiyyat üçün “Tel Travel” ilə (055) 291 54 30, (050) 999 69 60 və (050) 242 02 59 nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

Seçilən
26
fins.az

1Mənbələr