AZ

İsrail Xameneinin bunkerinə hücum etdi

İsrail Hərbi Hava Qüvvələri İranın ali dini lideri Əli Xameneinin bunkerinin yerləşdiyi əraziyə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "9-cu kanal"ı "Telegram"da məlumat yayıb.

Telekanal İran mənbələrinə istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın Ayətullah Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır.

İsrail Müdafiə Qüvvələri (IDF) də təsdiqləyib ki, hazırda İsrail Hərbi Hava Qüvvələri İrana aid hərbi obyektlərə zərbələr endirir.

Seçilən
3
publika.az

1Mənbələr