AZ

İrandan vətəndaşlarına votsapp xəbərdarlığı: Tətbiqi silin

İrandan vətəndaşlarına votsapp xəbərdarlığı: Tətbiqi silin

İran dövlət televiziyası çərşənbə axşamı verdiyi açıqlamada vətəndaşlara votsapp tətbiqini telefonlarından silmələri barədə çağırış edib. Bildirilib ki, hər hansı konkret sübut təqdim olunmadan, tətbiqin istifadəçi məlumatlarını toplayaraq İsrailə ötürdüyü iddia olunur.

Meta şirkətinə məxsus votsapp isə bu ittihamlara cavab olaraq açıqlama verib və iddiaları əsassız adlandırıb. Şirkət bu cür yalan məlumatların xidmətlərinin bloklanması üçün bəhanə kimi istifadə olunmasından narahatlığını ifadə edib.

Votsapp əlavə edib ki, mesajlar tam şifrələnir və şirkətin bu mesajlara çıxışı yoxdur. Açıqlamada həmçinin vurğulanıb ki, tətbiq istifadəçilərinin yerini izləmir, mesaj məzmununa müdaxilə etmir və heç bir hökumətə kütləvi məlumat təqdim etmir.

Seçilən
8
afn.az

1Mənbələr