Bakı. Trend:
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşımüvəqqəti komissiyasının son günlər ölkəmizlə bağlı yayılan saxtaxəbərlərə dair açıqlama yayıb.
Trend xəbərverir ki, açıqlama bildirilib:
“Regionda baş verən son hadisələr fonunda AzərbaycanRespublikası hibrid təhdidlərin geniş yayılmış növlərindən olandezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb.
Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki,qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrəvə maraqlara xidmət edən qruplar tərəfindən sosial mediaplatformaları vasitəsilə dövlətimizə qarşı informasiyakampaniyaları təşkil edilir.
Cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının rəsmimövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindənsəsləndirilməsinə baxmayaraq, “Telegram”, “Facebook”, “X”, “TikTok”və “YouTube” kimi platformalar üzərindən aparılan fəaliyyətlərdətəhrif olunmuş, saxta məlumatlar yayılır.
Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyətiçaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artannüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərinipozmaqdır.
Təəssüf hissə ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşıaparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasındaAzərbaycan əsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqətikomissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşıaparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavabtədbirləri görür.
Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnızrəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bucür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq”.