AZ

İrandan radiasıya yayıldığı təsdiqləndi

İranın Natanz nüvə obyektində qoruyucu perimetr daxilində kiçik radioaktiv çirklənmə qeydə alınıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.

Onun sözlərinə görə çirklənmə obyektin içərisində müşahidə olunub və əsasən uranla bağlı alfa radiasiyası ilə əlaqəlidir. Agentlik çirklənmənin xaricə yayılmadığını, ətraf mühitdə radiasiya səviyyəsinin normal olduğunu bildirib.

Qrossi qeyd edib ki, radioaktiv və kimyəvi çirklənmə əsasən işçilərin təhlükəsizliyinə risk yaradır. O, uyğun qoruyucu vasitələrin istifadəsi ilə bu risklərin idarə edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, son həftələrdə Natanz obyektinə mümkün hücumlarla bağlı xəbərlər yayılmışdı. MAQATE vəziyyəti yaxından izlədiyini və qiymətləndirmələrin davam etdiyini açıqlayıb.

Milli.Az

Seçilən
5
1
milli.az

2Mənbələr