İstehlakçılar bəzən dadlı bir şirniyyat almaq istəyərkən, kassada xoşagəlməz sürprizlə qarşılaşırlar. Belə hallardan biri də “Viva Desserts” MMC ilə bağlı baş verib.
"Rahat Market"in aldatma siyasəti davam edir - 3 DƏFƏ CƏRİMƏ YAZILDI!
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində şirkətin istehlakçı hüquqlarını pozduğu müəyyən olunub.
10 aprel 2025-ci il tarixində tərtib edilən inzibati xəta haqqında protokola əsasən, “Viva Desserts” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən daha baha qiymətə satıb. Yəni, vitrindəki etiketdə bir qiymət yazılsa da, kassada ondan yüksək məbləğ tələb edilib.
Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edir. Hüquq pozuntusunun əlamətləri isə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində əks olunub. Həmin maddəyə görə, malın hesabına dair istehlakçıların az miqdarda aldadılması belə hüquq pozuntusu hesab edilir və inzibati məsuliyyətə səbəb olur.