AZ

KİV: Tehranda yenidən partlayışlar baş verib

İran paytaxtının bəzi şərq ərazilərində partlayış səsləri eşidilib.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “NourNews” agentliyi xəbər verib.

Agentlik ehtimal olunan hadisə yerində qalxan tüstünün fotosunu dərc edib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib, zərbələrin bir sıra obyektlərdən yan keçmədiyini etiraf edib.

Seçilən
3
2
tribunainfo.az

7Mənbələr