AZ

İndoneziyada vulkan püskürməsi: Ən yüksək səviyyədə həyəcan siqnalı verildi

İndoneziyada vulkan püskürməsi: Ən yüksək səviyyədə həyəcan siqnalı verildi

İndoneziyanın Şərqi Nusa Tenggara əyalətinin Şərqi Flores bölgəsində yerləşən Levotobi Laki-Laki vulkanının püskürməsi səbəbilə ərazidə ən yüksək səviyyədə həyəcan siqnalı elan edilib.

İndoneziya Vulkanologiya və Geoloji Təbii Fəlakətlərin Azaldılması Mərkəzinin verdiyi açıqlamada Levotobi Laki-Laki vulkanında vulkanik fəallığın artdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, vulkan təxminən 10 min metr yüksəklikdə kül buludu püskürüb. Vulkanın yaratdığı göbələk formasındakı kül buludu təxminən 150 kilometr uzaqlıqdakı şəhərdən də görünüb.

Rəsmilər bölgədə 8 kilometr radiusda ərazini təhlükəli zona elan edərək, ən yüksək səviyyəli xəbərdarlıq vəziyyətinin qüvvəyə mindiyini bildiriblər.

Vulkanik hadisə nəticəsində həlak olan olmayıb.

Xatırladaq ki, Levotobi Laki-Laki dağında 2024-cü ilin noyabrında baş vermiş püskürmə nəticəsində 9 nəfər həlak olmuş, onlarla insan isə xəsarət almışdı.

Seçilən
6
afn.az

1Mənbələr