AZ

İnsan Hüquqları Aylığı çərçivəsində regionlarda tibbi tullantıların düzgün idarə olunması sahəsində maarifləndirici görüşlər keçirilib

Ölkə ərazisində tibbi tullantıların yaratdığı risklərə diqqət çəkmək, bu sahədə hüquqi və ekoloji öhdəliklər barədə ictimaiyyəti məlumatlandırmaq, habelə sağlam yaşamaq və təmiz ətraf mühitdə yaşamaq kimi fundamental insan hüquqlarının təmin olunmasına dəstək göstərmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən tibb müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilib.

Abşeron rayonu Xırdalan şəhəri “Lab Center Clinic”də, Göyçay, Ağdaş, Ucar, Zərdab rayon mərkəzi xəstəxanalarında keçirilən görüşlər çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.
Tədbirin əsas məqsədi tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklərə diqqət çəkmək, bu tullantıların düzgün çeşidlənməsi, saxlanması, daşınması və zərərsizləşdirilməsi üzrə mövcud qaydalar barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda təmiz və sağlam ətraf mühitdə yaşamaq hüququnun insan hüquqları kontekstində önəmini vurğulamaq olub.
Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.Ekologiya.az
Seçilən
9
ekologiya.az

1Mənbələr