AZ

Əgər Amerika müharibəyə qoşularsa…

Politoloq Əli Zülfüqarlı Ajans.az-a bildirib ki, əslində ABŞ təkcə İranla deyil, hrç bir dövlət ilə birbaşa toqquşmalara girmək istəmir. ABŞ-nin öz prioritetləri var. Çinlə iqtisadi mübarizə üçün beynəlxalq uyğun zəmn formalaşdırmaq eyni zamanda problemlərin həll edilməsi və inflyasiyanın aradan qaldırması vacibdir.  Ekspert qeyd edib ki, ABŞ birbaşa toqquşmaya girərsə, problemin həlli çətinlik yarada bilər. Eyni zamanda Trampa qarşı daxildə təzyiqlər arta bilər. İranla kəskin mübarizə neftin qiymətinin artmasına səbəb olacaq. Amma uzun müddətdir ki, Netanyahu ABŞ ilə İranı qarşı-qarşıya qoymaq, Yaxın Şərqdə xaotik mənzərənin yaradılması və nəticədə İsrailin öz planlarını həyata keçirtmək üçün şəraitin formalaşmasında ciddi addımlar atılır.  Politoloq söyləyib ki, İran konsulluğunun Suriyada vurulması, Haniyənin Tehranda vurulması, İran generallarının öldürülməsi və digər məsələlər bura daxildir. İrana qarşı birbaşa müharibə vəziyyəti daha da gərginləşdirib. Təbii ki Amerika çalışırdı ki, Netanyahunun İranın nüvə təhdidi arqumentini əlindən alması üçün İranı  nüvə danışıqlarında razı salsın. 
Əli Zülfüqarlı vurğulayıb ki, İranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı zəmanət verməsi danışıqlar prosesində irəliyə doğru addım idi. İranla Amerika arasında razılaşmanın əldə olunacağı ehtimalı Netanyahunu narahat edirdi. Ona görə də İrana hücum edildi. Beləliklə də, Donald Tramp daha çətin vəziyyətdə qaldı. Amerika daxilində də İrana qarşı hərbi əməliyyatların başlanması üçün iki fikir var. Hakimiyyət və konqresdə bu barədə ziddiyətlər mövcuddur. Bu baxımdan Tramp İranın vurulması ilə bağlı çətin vəziyyətdə qalıb.  “ Bu yaxınlarda ABŞ-da keçirilən rəy sorğusunda əhalinin 52%-i İsraili dəstəkləyir. Bu da ABŞ prezidentinin ritorikasında dəyişikliklərə səbəb oldu. Amerika daxili rəyi nəzərə alaraq açıqlamalar vermək məcburiyyətində qaldı. Hazırda ABŞ bəyan edir ki, İrana qarşı hücumlarda İsrailə dəstək vermir. Bu İranla diplomatik kanalların açıq  tutulmasına hesablanıb. Amma Netanyahu da bilir ki, onsuz da İsrail lideri özü ilə bağlı problemlər yaradıb. Cinayət məhkəməsi tərəfindən həbs qərarı var. Yəni Netanyahunun ciddi problemləri var. İranla müharibə Netanyahunun xilası üçün son şans hesab olunur.”-deyə, o bildirib.  Onun sözlərinə əsasən, Netanyahu da bilir ki, İranda hansısa bir nəticə əldə etməsə onun  İsrail daxilində məhkəmələrdə hesabat prosesi başlayacaq. Ona görə də Netanyahu da çalışır ki, İranda nəticə əldə etsin.  Hazırda İran dirənməyə çalışır. ABŞ yalnız hava hücumundan müdafiə sistemi ilə bağlı İsrailə dəstək verir. Eyni zamanda kəşfiyyat məlumatlarını İsrail ilə bölüşür. Əgər İran İsrailə təhlükə yaradarsa, ABŞ birbaşa müharibəyə girməkdən başqa yolu olmayacaq. Ya da müxtəlif diplomatik kanallar ilə prosesi nəzarətə götürməyə çalışacaq. ABŞ-nin İranla bağlı hazırki planları bunlardır. 


Amma ABŞ müharibəyə girməsi gizli dövlətlərin İrana dəstək verməsinə şərait yaradacaq. Bu da müharibənin coğrafi cəhətdən  genişlənməsinə gətirib çıxaracaq. Lakin bütün dünya dövlətləri bu qarşıdurmanın tez bitməsinə daha da maraqlıdırlar.

Seçilən
13
Ajans.az

1Mənbələr