Bu gün Azərbaycanın UEFA Avropa Liqasındakı (AL) təmsilçisi "Sabah"ın potensial rəqibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" birinci təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandasını keçəcəkləri təqdirdə, Kipr və ya Serbiyaya səfər edəcəklər.
Belə ki, "Sabah"ın AL-in ikinci mərhələsindəki potensial rəqibi AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi olacaq.
Əgər komandamız AL-in birinci mərhələsində uduzsa, avtomatik olaraq mübarizəni UEFA Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək.
Bu yarışda rəqib "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi olacaq.