Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya ABŞ-ı hərbi müdaxilə ehtimalına qarşı açıq şəkildə xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilib ki, Nebenzya Nyu-Yorkda jurnalistlərə açıqlamasında İran-İsrail münaqişəsinin kəskinləşəcəyi təqdirdə Tramp administrasiyasına gözlənilməz nəticələr olacağı barədə xəbərdarlıq edib:
“Bu insident indi dayandırılmalıdır. Çünki onun tamamilə gözlənilməz nəticələri var. Söhbət təhlükə altında olan nüvə obyektlərindən gedir və ballistik hücumlar hər iki tərəfdən ağır itkilərlə davam edir".