AZ

Yasamalda dağılan asfalt avtomobillərdə nasazlıq yaradır SÜRÜCÜLƏR NARAZIDIR VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının mərkəzi küçələrində asfalt örtüyü bəzi hissələrdə bərbad vəziyyətə düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərərək məlumat verib. Belə ki, Yasamal rayonunda sürücülər yol şəraitindən narazılıq edirlər. Rayonun İslam Səfərli küçəsində asfalt örtüyünün dağılması ciddi təhlükə yaradır. Sürücülər şikayət edərək bildirib ki, yolun orta hissəsində yaranmış kiçik, lakin dərinliyi getdikcə artan çuxur sürücülərin hərəkətinə əngəl törədir və nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Sözügedən küçə nəqliyyatın sıx hərəkət etdiyi ərazi hesab edilir. Yolun bu hissəsi xüsusilə axşam saatlarında sürücülərin diqqətindən yayınaraq qəza riski yarada bilər. Hazırda sürücülər həmin ərazidən keçərkən məcburən sürəti minimuma endirirlər. Bunun əsas səbəblərindən biri isə küçədəki vəziyyət avtomobillərdə nasazlıq yaradır və sürücülərə maddi ziyan vurur.

Sakinlər aidiyyəti qurumlardan ərazini nəzarətə götürərək yolların yenidən asfaltlanmasını xahiş edir.

Fidan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
avtosfer.az

1Mənbələr