AZ

İranlı diplomatların Azərbaycan ərazisinə keçdiyi iddia olunur

İranlı diplomatlar sərhəddi keçərək Azərbaycana daxil olublar.  Bu barədə görüntülər telegram kanallarında yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Anews.az-a  bildirilib ki, yayılan görüntülərlə bağl heç bir məlumat yoxdur.

İsrail və İran arasında hava müharibəsinin başlamasından bəri ötən beş gün ərzində 17 ölkədən 600-dən çox insan İrandan Azərbaycana qaçıb. 

 Azərbaycana keçənlər arasında Rusiya, ABŞ, Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya, Çin, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları olub.

İsrail keçən cümə günü İrana qarşı qəfil hücuma başlayıb. Tehran buna raket və pilotsuz uçuş aparatları ilə cavab verib.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Tehranda yaşayanlara dərhal təxliyə olunmaları ilə bağlı xəbərdarlıq edib. Tehrandan Azərbaycanın sərhəddinədək avtomobil yolu ilə səfər təxminən səkkiz saat çəkir.

Kreml çərşənbə axşamı Rusiya vətəndaşlarının İrandan çıxmasına kömək etdiyinə görə Azərbaycana təşəkkür edib.

“Azərbaycanlı dostlarımız bütün ən əlverişli şəraiti yaradırlar, buna görə onlara dərin minnətdarlığımızı bildiririk,” – Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

Aytac Zeynalova

Seçilən
8
1
anews.az

2Mənbələr