Beynəlxalq Futbol Federasiyası (FİFA) İrana qarşı açıq düşmənçilik etdiyinə görə İsraili cəzalandırmağı nəzərdən keçirir.
90deqiqe.Az-ın "One"a istinadən yaydığı məlumata görə, qurum İsrail çempionatında çıxış edən legionerlərə maddi təzminat olmadan yerli klublarla müqavilələrini ləğv etməyə icazə verə bilər.
Qeyd edək ki, oxşar qərar 2022-ci ildə Ukraynada münaqişənin başlanmasından sonra Rusiya klublarına qarşı da tətbiq edilmişdi. Həmin qərar əcnəbi futbolçuların fərdi təhlükəsizliyinin təmin olunması məqsədi daşıyırdı.
Xatırladaq ki, Rusiya bu qərarla yanaşı, beynəlxalq turnirlərdən də uzaqlaşdırılıb. İsrail klubları isə hələ də Avropa yarışlarında iştirak edir.