AZ

KDÇ-2025-ə neçə bilet satılıb? - FİFA açıqladı

FİFA klublararası dünya şempionatı üçün təxminən 1,5 milyon biletin satıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, turnirin başlanğıc mərhələsində azarkeş marağının az olması FİFA-nı müəyyən çətinliklərlə üz-üzə qoyub. Lakin təşkilat bunun problem olmadığını bildirir. Məlumata görə, ilk 8 oyunda 340 min azarkeş iştirak edib və bu, qurumun fikrincə, möhtəşəm bir başlanğıcdır.

Bununla belə, qurumun bu nikbin baxışı hamı tərəfindən paylaşılmır. Futbolçular və baş məşqçilərin vəziyyətdən narazı olduğu bildirilir.

Seçilən
5
publika.az

1Mənbələr