AZ

R.Kelli həbsxana işçilərinin ona həddindən artıq dozada narkotik verdiyini iddia edir

Reper R.Kelli həbsxana işçilərini ona həddən artıq çox dərman verməkdə və sonra həddindən artıq doza səbəbindən xəstəxanaya düşməkdə günahlandırıb.

HİT.az xəbər verir ki, bu barədə TMZ məhkəmə sənədlərinə istinadla yazıb.

İyunun 12-nə keçən gecə R.Kelli iddia edib ki, ona əlavə dərmanlar qəbul etmək əmri verilib və ertəsi səhər o, zəif və başgicəllənmə hiss edərək oyanıb. Reperin dediyinə görə, çarpayısından qalxmaq istəyərkən yıxılıb, daha sonra hücrəsinin qapısına sürünərək huşunu itirib.

"ABC News" mənbələri reperin iki günlük rutin müayinə üçün xəstəxanada olduğunu və həddindən artıq dozaya görə qəbul edilmədiyini bildirib.

R.Kellinin həyatı hazırda təhlükə altında deyil, lakin musiqiçi həyatının bundan asılı olduğunu iddia edərək, yenidən məhkəmədən onun ev dustaqlığına çıxarılmasını xahiş edir.

2022-ci ilin iyununda məhkəmə R.Kellini cinsi istismar məqsədilə insan alverinə görə 30 il müddətinə azadlıqdan məhrum edib. 2008-ci ildə musiqiçi uşaq pornoqrafiyasını yaymaqda ittiham olunaraq artıq İllinoys ştatında məhkəmə qarşısına çıxmışdı, lakin bəraət almışdı. 2000-ci illərin əvvəllərində o, yeniyetmələrlə cinsi əlaqədə olmaq ittihamı ilə bir neçə işi həll edə bilib.

2024-cü ilin oktyabrında reperin qızı Buku Abi uşaq ikən atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Qız göz yaşları içində atası ona toxunarkən özünü yatmış kimi göstərdiyini etiraf edib.

Samir
 

Seçilən
4
hit.az

1Mənbələr