AZ

Gürcüstan sərhədçiləri Ermənistandan gətirilən 300 kiloqram narkotiki müsadirə edib

Gürcüstan sərhədçiləri Ermənistandan 300 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısını alıb.

APA “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, yükə dair müvafiq sənədlərdə onun kərpicdən ibarət olduğu yazılıb.

Sənədlərin saxta olması isə avtomobilə baxış keçirilən zaman ortaya çıxıb.

Araşdırma zamanı təhlükəli yükün “Qoqavan-Ququti” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Avropaya çatdırılmalı olduğu müəyyən edilib.

Seçilən
5
1
apa.az

2Mənbələr