AZ

İranda  iki bank kiberhücuma məruz qaldı

İran hökumətinin sözçüsü Fatma Mühacerani ölkədə kiberhücumlar səbəbindən internet problemlərinin olduğunu və iki bankın kiberhücuma məruz qaldığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Hökumət sözçüsü Mühacerani ölkədə baş verən son hadisələrlə bağlı mətbuata açıqlama verib.

O, verdiyi açıqlamada Sepah və Pasargad banklarının kiber hücuma məruz qaldığını bildirib.

Bank müştərilərinin məlumat təhlükəsizliyi ilə bağlı narahatlığa ehtiyacı olmadığını bildirən Muhacerani, məsələ ilə mütəxəssislərin məşğul olduğunu və bu problemin qısa zamanda həll olunacağını bildirib.

Seçilən
1
operativmm.az

1Mənbələr