AZ

XİN məlumat yaydı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliydən bildirilib.

Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Azərbaycanla Rusiya arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Rusiya xarici işlər naziri incəsənət xadimləri daxil olmaqla, Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində ölkəmiz tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
11
teleqraf.com

1Mənbələr