"Zirə" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqiblərini tanıyıblar.
Publika.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində məlum olub.
Bakı təmsilçisi "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək. Avrokuboklarda debüt edəcək Naxçıvan klubu isə "Aris" (Yunanıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.