AZ

"Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, "Zirə" bu mərhələdə Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşacaq. "Araz-Naxçıvan" isə Yunanıstan təmsilçisi "Aris"in rəqibi olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 24 iyulda, cavab qarşılaşmaları isə 31 iyulda keçiriləcək.

 

 

Seçilən
9
90deqiqe.az

1Mənbələr