AZ

Rusiyadan ABŞ-a İranla bağlı XƏBƏRDARLIQ

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın İsrailin İrana qarşı hücumlarına qoşulmasının Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə qeyri-sabitləşdirə biləcəyi barədə xəbərdarlıq edib.


Manset.az Interfax agentliyinə istinadən xəbər verir ki, açıqlama verən Ryabkov, Vaşinqtonu belə “spekulyativ variantları” dəyərləndirməməyə çağırıb:

“Vaşinqonu bu kimi təxribat xarakterli addımlardan çəkinməyə dəvət edirik. Bu, vəziyyəti kökündən qeyri-sabit hala gətirə bilər,” – deyə o bildirib.

Ryabkov, Rusiyanın həm İsrail, həm də İranla daimi təmasda olduğunu da vurğulayıb.

Seçilən
5
manset.az

1Mənbələr