“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa idmana mərc oynadığı üçün ömürlük futboldan uzaqlaşdırıla bilər.
90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki, bu cəza futbolçunun günahkar hesab edildiyi halda qüvvəyə minəcək. Məhkəmə prosesi yekunlaşıb, lakin braziliyalı qarşıdakı altı həftə ərzində rəsmi qərarı gözləməli olacaq.
27 yaşlı futbolçu 2022-ci ildən “Vest Hem”in formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb və 5 qola imza atıb. Paquetanın London klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Transfermarkt portalına görə, yarımmüdafiəçinin dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.