AZ

ŞOK: İrana qurudan müdaxilə hazırlanır – “Bu ölkədən hücum olacaq”

“Biz İranda beynəlxalq çevrilişin ola biləcəyindən çox nigaranıq. İsrail deyir ki, İranın daxilində Təbrizdən, Şərqi Azərbaycandan Tehrana qədər hava nəzarəti mənim əlimdədir”.

Bu sözləri Globalinfo.az-a güneyli hüquq müdafiəçisi, siyasi şərhçi Saleh Kamrani deyib.

O bildirib ki, İraqdakı kürd terrorçu qruplar hazır vəziyyətdə gözləyir:

“Biz qorxuruq ki, onlar paytaxtı ələ keçirələr və hazırladıqları kürd qrupları, mücahidləri və ya hətta şahçıları, yaxud üçünün vasitəsiləTehrana nəzarəti ələ keçirib, millətlər, xüsusilə türklər əleyhinə çevriliş edələr. Və sonra burada müvəqqəti hökumət qurmaq haqları olduğunu iddia edərlər və eynilə İran rejiminin azərbaycanlılara qarşı siyasətini yürüdərlər. Bu, çox böyük təhlükədir. Bunun qarşısını almaq üçün güney azərbaycanlıların və Azərbaycanla Türkiyənin üzərinə böyük iş düşür. Biz istəyirik ki, rejim həm dəyişsin, həm də azərbaycanlı türklərin hüquqları bərpa olunsun.

Azərbaycan türkləri İranda çoxluq təşkil etdiyi üçün yaranan hər hansı yeni sistemdə hakim partiya olmaq potensialına malik xalq və cərəyandır. Ona görə biz belə dəyişikliyin tərəfdarıyıq və bunun əleyhinə çevriliş olacaqsa, əlbəttə ki, nigaran olmaq və qarşısını almaq lazımdır”.

Xatırladaq ki, İsraillə İran arasında davam edən gərginlik fonunda İran kürdləri hakimiyyətə qarşı savaş açmaq niyyətində olduqlarını bəyan ediblər. Bu barədə ictimai-siyasi ekspert Qriqori Tamar məlumat yayıb.

Seçilən
10
6
turkustan.az

7Mənbələr