Bu ilin yanvar-may aylarında ölkədə 1297,8 kq qızıl və 1686,9 kq gümüş hasil edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 63,9 faiz və ya 505,8 kq, gümüş hasilatı isə 23,8 faiz və ya 323,9 kq artıb.
Cari ilin iyun ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 119,4 kq və 583,6 kq təşkil edib.