AZ

“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi marketlər şəbəkəsi “Azərbaycan Supermarket” MMC (Bravo market) barəsində 2025-ci ilin 12 mayında iş qaldırıb.

Kommersant.az xəbər verir ki, dövlət agentliyi marketlər şəbəkəsini qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması iddiası ilə cari ilin fevralın və mart aylarında işə baxılıb.

Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iş qaldırılıb. İXM-nin 447.0.1-ci maddəsinə əsasən, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

2025-ci ilin əvvəlindən aprelə qədər “Azərbaycan Supermarket” MMC barəsində iki dəfə eyni məsələyə görə iş qaldırılmışdı.

Xatırladaq ki, “Azərbaycan Supermarket” 2015-ci ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır. Şirkət “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.

Seçilən
1
kommersant.az

1Mənbələr