AZ

Dünyanın ən görkəmli pianoçularından biri vəfat edib

Görkəmli pianoçu və bəstəkar Alfred Brendel 94 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə “The New Your Times” xəbər verir.

Nəşrin məlumatına görə, musiqiçi Londondakı evində, ailəsinin əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Brendel 1931-ci ildə Çexoslovakiyada anadan olub. 

Brendelin sistemli musiqi təhsili almadığı qeyd edilir. Lakin əzmkarlığı və səbri sayəsində o, Vyana Musiqi Akademiyasını eksternal tələbə kimi bitirib.

Onun ilk çıxışı 17 yaşında Qratsda oldu və 1952-ci ildə Brendel ilk səs yazısını - Sergey Prokofyevin Beşinci Piano Konsertini etdi. 2002-ci ildə musiqiçi Robert Şuman mükafatına, 2004-cü ildə isə Ernst Siemens mükafatına layiq görülüb.

QAZİLER.AZ

Seçilən
5
qaziler.az

1Mənbələr