Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi "Sabah"ın da potensial rəqibi bəlli olub.
Bakı təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya "Selye"sinə məğlub olarsa, "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar ilk matçı səfərdə keçirəcəklər. İkinci görüş evdə olacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.
"Zirə" və "Araz-Naxçıvan"ın 5 potensial rəqibi açıqlanıb - FOTO
ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb
ÇL: "Qarabağ"ın ilk rəqibi bəlli olur
“Fənərbaxça”nın prezidenti BAKIDA
“Qarabağ” ilk transferini gerçəkləşdirdi - RƏSMİ