AZ

Naxçıvanda sertifikasiyadan ən yüksək balı 3 nəfər TOPLADI

Bu gün Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub.

 

Naxçıvan Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib ki, sertifikasiya prosesində Babək Rayon Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Turan Hüseynova, Ordubad Rayon Dəstə kənd tam orta məktəbinin rus dili və ədəbiyyatı müəllimi Xəyalə Rzayeva, Sədərək Rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aysun Cəfərova maksimum nəticə olan 60 baldan 57 bal toplayıblar.

Seçilən
9
azedu.az

1Mənbələr