Ajans.az xəbər verir ki, Avropa Şurasının Xarici Əlaqələr üzrə baş siyasətçisi Elli Geranmayeh CNN-ə bildirib ki, ABŞ prezidenti Donald Tramp “diplomatik yoldan çıxmaq” və ya “seçim müharibəsi” arasında kritik bir qərarla üz-üzədir. "Liderlərin həmişə bu anlarda seçimi var. Tramp keçmişdə İranla müharibə astanasından geri addım atıb, indi onun yenidən müharibə etmək imkanı var”. Geranmayeh əlavə edib ki, Tramp nüvə obyektlərinə zərbə endirmək qərarına gələrsə, İran buna müharibə elanı kimi qiymətləndirəcək. "Bu Pandoranın qutusunu açdıqdan sonra işlərin hara getdiyi barədə heç bir fikrimiz yoxdur" dedi Geranmayeh və əlavə etdi ki, münaqişə "çox güman ki, prezident Trump-ın prezidentliyinin qalan hissəsini məhv edəcək",- deyə analitik əlavə edib. O, əlavə edib ki, İran üçün təslim olmaq bir seçim deyil. “Həmçinin hərbi yolla qalib gəlməyəcəyini bilir, lakin burada yalnız uduzanların olmasını təmin etməyə çalışır”,- dedi Geranmayeh.