İsrailin hücumundan sonra İranın xam neft ixracı artıb.
Musavat.com xəbər verir ki, bu, gizli daşımalara nəzarət edən “TankerTrackers” şirkətinin məlumatında yer alıb.
Bildirilir ki, İranın iyunun 13-dən etibarən gündəlik orta gündəlik xam neft ixracı 12 iyun tarixinədək olan 12 aylıq orta göstəricidən 44 faiz artaraq gündəlik 2,33 milyon barel olub. Xam neftin böyük hissəsi İranın əsas daşınma mərkəzi olan Xarq adasından ixrac edilir.
“TankerTrackers”dən Samir Madani bildirib ki, onların strategiyası aydındır:
“Onlar təhlükəsizliyi prioritet olaraq saxlamaqla mümkün qədər çox neft çıxarmaq istəyirlər”.
“Bloomberg” xəbər verir ki, “TankerTrackers” gəmilərin hərəkətini izləmək üçün peyk görüntülərindən istifadə edir, çünki İranla işləyən bir çox tankerlər avtomatik məlumat ötürmə sistemlərini söndürürlər, bu da onları izləməyi çətinləşdirir.
Musavat.com