"İsti havalarda daha çox maye qəbul etmək vacibdir, lakin burada söhbət məhz adi sudan gedir".
Ölkə.az "İzvestiya"ya istinadla xəbər verir ki, rusiyalı diyetoloq Rimma Moisenko deyib:
“Maye dedikdə, qazsız, qaynadılmamış sadə su nəzərdə tutulur, kompot, meyvə şirəsi, kissel, alkoqol və ya kofe yox. İsti hava orqanizmin susuzlaşmasına hüceyrələrin içindəki mayeni itirməsinə səbəb ola bilər”.
Onun sözlərinə görə, bu zaman orqanizmdən kalium, kalsium və maqnezium kimi turşu-qələvi balans üçün vacib minerallar da itirilir. O, yalnız adi su içməyi tövsiyə edib, mineral suyu isə yalnız həkim məsləhəti ilə istifadə etmək olar. Üstəlik, mineral su susuzluğu daha da artırır. Su kiçik qurtumlarla və otaq temperaturunda içilməlidir. Buz kimi sudan isə mütləq şəkildə çəkinmək lazımdır:
“Narahat və istidə olan bədənə kəskin şəkildə soyuq maye daxil olduqda, bu ağız boşluğunun selikli qişası üçün əsl partlayış effekti yaradır və nəticədə xəstəlik yaranır”.
Həkim əlavə edib ki, buz kimi su mədəyə düşən anda onu güclü şəkildə qıcıqlandıra və eroziyaların, hətta xora xəstəliyinin yaranmasına səbəb ola bilər.
Həmidə İbrahimova