Bakı. Trend:
Azərbaycan və Estoniya arasında vergi sahəsində əməkdaşlığıngenişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.
Belə ki, bu gün Avropadaxili Vergi AdministrasiyalarıTəşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyasıçərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli EstoniyaVergi və Gömrük Şurasının baş direktoru Rayqo Uukivi ilə ikitərəfligörüş keçirib.
Görüşdə Azərbaycan ilə Estoniya arasında vergi sahəsindəəməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərimüzakirə olunub. Tərəflər vergi risklərinin vaxtında aşkarolunması, qiymətləndirilməsi və qarşısının alınması məqsədilətəcrübə mübadiləsi, rəqəmsal alətlərdən istifadə etməklə xidmətkeyfiyyətinin yüksəldilməsi və könüllü vergi ödənişlərininstimullaşdırılması istiqamətində əməkdaşlıq, yığım mexanizmlərinintəkmilləşdirilməsi üçün innovativ yanaşmalarla bağlı fikirmübadiləsi aparıblar.
Görüşün sonunda gələcək əməkdaşlığın əsaslarını müəyyən edənprotokol sənədi imzalanıb.
Qeyd edilib ki, sənəd iki ölkənin vergi administrasiyalarıarasında gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi rolunuoynayacaq və strateji tərəfdaşlığın inkişafına töhfə verəcək.