AZ

Şamaxı–Pirqulu turu cəmi 24 AZN-dən: Yay mövsümündə 1 günlük ekskursiya

Jet Travel turizm şirkəti Şamaxı və Pirquluya 1 günlük daxili tur təklif edir.

Finss.az xəbər verir ki, turun tarixi iyun ayı üzrə 14, 15, 16, 21, 22, 26, 28, 29; iyul ayı üzrə isə 5, 6, 12, 13, 19, 20, 26 və 27-ci tarixlərdə nəzərdə tutulub. Turun qiyməti ekonom paket üçün 24 AZN, standart paket üçün isə 28 AZN təşkil edir.

Tur paketinə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri və yolboyu intelektual oyunlar (hədiyyələrlə birlikdə) daxildir. Standart paketdə səhər yeməyi və çay süfrəsi də təqdim olunur. Ekskursiyalar çərçivəsində Cümə Məscidi, Pirqulu meşəsi, Çuxuryurd gölü, Diyarşünaslıq muzeyi və istəyə əsasən Rəsədxana (giriş haqqı 3 AZN, qiymətə daxil deyil) ziyarət olunur. Nahar fasiləsi restoranda verilir. Yeməyini özü ilə gətirənlər üçün isə piknik imkanı yaradılır (əlavə ödəniş 5-7 AZN).

Toplanış saat 06:30-da, yola düşmə isə 06:50-də baş tutacaq. Bakı şəhərinə təqribi dönüş saatı 21:00–22:00 aralığındadır. Şirkət tərəfindən bildirilib ki, tura 1 gün qalmış imtina edilərsə, ödəniş geri qaytarılmır. Eyni zamanda, iştirakçılar dəyişkən hava şəraiti və mövcud vəziyyətə uyğun olaraq proqramda dəyişikliklərə hazırlıqlı olmalıdırlar. Tur zamanı spirtli içkilərdən istifadə qəti qadağandır və tur rəhbərinin təlimatlarına əməl olunmaması halında iştirakçı nəqliyyatdan kənarlaşdırıla bilər.

Əlavə məlumat üçün (099) 763 13 33 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

Seçilən
9
fins.az

1Mənbələr