AZ

İnkişafa aparan yeni yol: Muğanlı İsmayıllı Qəbələ avtomobil magistralı genişləndirilir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Muğanlı - İsmayıllı - Qəbələ avtomobil yolunda tikinti işləri sürətlə davam edir. Layihə çərçivəsində qurulan infrastruktur nəqliyyat axınını asanlaşdırır, hərəkətin təhlükəsizliyini və keyfiyyətini artırır, regionların iqtisadi potensialını gücləndirir.

Əsas üstünlüklər:

- Yol 4 hərəkət zolağına qədər genişləndirilib;

- Səfər vaxtı və nəqliyyat xərcləri azalır;

- 1 körpünün tikintisi tamamlanıb, 1 körpü və tunelin inşası davam edir;

- Tikintidə müasir və davamlı texnologiyalardan istifadə olunur.

Texniki göstəricilər:

- Uzunluq: 14 km

- En: 21 metr

- İnfrastruktur: 2 körpü, 1 tunel

Layihə regionlararası əlaqələri genişləndirir, yük və sərnişin daşımalarını daha səmərəli edir, gündəlik həyat və iqtisadi fəaliyyət üçün yeni imkanlar yaradır.

İnkişafa aparan yeni yol: Muğanlı - İsmayıllı - Qəbələ avtomobil magistralı genişləndirilir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr