İsrail hərbçiləri “Rising Lion” əməliyyatı başlayandan bu günə qədər İran ərazisində 1100-dən çox müxtəlif obyektə zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun rəsmi nümayəndəsi briqada generalı Efi Defrin açıqlayıb.
Onun sözlərinə görə, İsrail ordusu plana uyğun olaraq sistemli şəkildə işləyir və bütün məqsədlərə nail olunana qədər bunu etməyə davam edəcək:
“İranın hər yerinə hücumu davam etdirəcəyik. İran müqavimət göstərir, döyüşürlər, lakin biz hava məkanına nəzarət edirik və ona nəzarət etməyə davam edəcəyik”.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı “Rising Lion” əməliyyatına başlayıb. Əməliyyatın başladılmasına səbəb olaraq İranın nüvə proqramının məhv edilməsi göstərilib. İran isə cavabında İsrailə qarşı “Əsl vəd 3” əməliyyatına start verib. Əməliyyatlar çərçivəsində hər iki ölkədə dağıntı və insan tələfatı qeydə alınmaqdadır.