AZ

Camal Hill: Titul barədə yox, bu döyüş və qələbə barədə düşünürəm

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bakını, insanlarını çox bəyəndim. Qonaqpərvərlik çox yüksək səviyyədədir. Açığı belə gözləmirdim".

Oxu.Az xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night" döyüş gecəsinin əsas iştirakçılarından olan, yarımağır çəki dərəcəsində keçmiş çempion Camal Hill mətbuat konfransı zamanı bildirib.

C.Hill deyib ki, döyüşü çox ağır olacaq:

"Açığı hələ titul barədə yox, bu döyüş və qələbə barədə düşünürəm. Çünki rəqibim çox güclüdür".

"Mən bu döyüşə hərtərəfli hazırlaşmışam, rəqibimə bütün komponentlərdə başağrısı olacağam", - deyə C.Hill bildirib.

Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.

Təhməz Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr