AZ

Bu gün sertifikasiyada iştirak edənlərin regionlar üzrə SAYI

Xəbər verdiyimiz kimi, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub.

AzEdu.az bu gün imtahan verən müəllimlərin sayını (regionlar üzrə) təqdim edir.

Test imtahanlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 528, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 184 nəfər təhsilverən iştirak edib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 116, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 146, Qarabağ Regional Təhsil İdarəsi üzrə 131, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 81, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 86, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 131, Naxçıvan Muxtar Respublikası üzrə 59 təhsilverən iştirak edib.

 

Seçilən
10
azedu.az

1Mənbələr