CHP sədri Özgür Özəl Vətən Partiyasının sədri Məhərrəm İncə ilə görüşüb və onu CHP-yə dəvət edib.
“Cebheinfo.az” xəbər verir ki, Özəl görüşdən sonra bununla bağlı açıqlama verib.
"Hər kəsi ata ocağına dəvət edirik. Görüş zamanı İncə və Vətən Partiyasındakı dostlarımızı ata evinə dəvət etmək haqqında bir-iki cümlə də dedim. Millət vəkili olaraq gəldiyim ilk gündən Məhərrəm İncə ilə hər zaman qarşılıqlı hörmət çərçivəsində münasibətimiz olub.
"Hakimiyyətin CHP-yə qarşı təzyiq etdiyi çətin günlərdən keçirik. Bu çətin mərhələdə şəxsi ambisiyalarımızı deyil, ortaq xeyiri düşünməliyik. Belə bir zamanda inciklikləri, küskünlükləri bir kənara qoyaraq birlik və həmrəyliyi ön plana çıxarmalıyıq.
Yaxın günlərdə partiyamızın aidiyyəti strukturları ilə toplantı keçirəcəyəm və onların fikirlərini dinləyəcəyəm. Ardınca ən qısa müddətdə cənab sədr Özgür Özel ilə yenidən görüşəcəyəm”.