AZ

AMRAAM raketlərinin İtaliyaya satışı təsdiq olunub

ABŞ Dövlət Departamenti 211 milyon dollar dəyərindəki AIM-120D-3 AMRAAM raketlərinin İtaliyaya satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 30 ədəd AIM-120D-3 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.

Qeyd edilib ki, “hava-hava” tipli AMRAAM raketləri İtaliyanın döyüş imkanlarını artırmaqla ölkənin cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini yüksəldəcək. Həmçinin İtaliya bu raketlərdən NATO müttəfiqlərini və tərəfdaşlarını müdafiə etmək üçün istifadə edəcək.

Seçilən
7
poliqon.az

1Mənbələr