Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək.
Publika.az xəbər verir ki, Prezident səfər çərçivəsində 2023-cü ilin fevralında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi”-nin yaşayış evi layihəsinin açılış mərasimində iştirak edəcək.
Səfər zamanı cari regional hadisələrlə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə dair fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulub.