Almaniya kansleri Fridrix Merz İrana zərbələr endirdiyinə görə İsrailə hörmət etdiyini bildirib və bunu Qərb müttəfiqlərinə xidmət kimi qiymətləndirib.
Operativ Media xəbər verir ki, kansler bu barədə Kanadada keçirilən G7 sammiti çərçivəsində verdiyi müsahibədə bildirib.
Merz qeyd edib: "Bunu deyə bilərəm ki, İsrail ordusu və hökumətinin cəsarətinə böyük hörmətim var. Yoxsa, biz aylarla, illərlə bu rejimin terrorunu seyr etməli, sonra bəlkə də nüvə silahı əldə etməli olardıq. Bu, İsrailin hamımız üçün gördüyü qara işdir".
Fridrix Merz İranı Livandakı Hizbullah və Qəzza zolağında Həmas vasitəsilə hücumlar və qətllər vasitəsilə bütün dünyaya ölüm və dağıntı yaymaqda ittiham edib.