AZ

Orta dəhliz vasitəsilə yükdaşımalar 3 il ərzində 5 dəfə artıb - 2030-cu ilə qədər olan perspektivlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsassütunlarından birinə çevrilən Orta dəhliz kimi tanınannəqliyyat-logistika marşrutu getdikcə daha strateji əhəmiyyətqazanır.

Orta dəhliz kimi tanınan nəqliyyat-logistika marşrutuQazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsasfaktorlarından birinə çevrilməkdədir.

Trend xəbər verirki, bu haqda “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) və ADAUniversiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun (IDD)birgə hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son üç il ərzində Orta dəhliz üzrəyükdaşımaların həcmi 5 dəfədən çox artaraq 2021-ci ildəki 840 mintondan 2024-cü ildə 4,5 milyon tona çatıb. Ötən illə müqayisədəartım 62 faiz təşkil edib. Marşrutda iştirak edən ölkələrin məqsədi2030-cu ilə qədər yük axınını 10 milyon tona çatdırmaqdır. Eynizamanda, yükdaşıma müddəti 38–53 gündən 19–23 günə qədər azaldılıbvə bu müddətin 15 günədək azaldılması istiqamətində işləraparılır.

Orta dəhliz Rusiya üzərindən keçən Şimal marşrutundan fərqliolaraq, daha dayanıqlı və şaxələndirilmiş tranzit imkanı təklifedir ki, bu da geosiyasi münaqişələr və sanksiyalarla bağlırisklərin azalmasına şərait yaradır. Yalnız nəqliyyat funksiyasıilə kifayətlənməyən bu dəhliz, eyni zamanda, regional iqtisadiartım və inteqrasiyanın güclü katalizatoruna çevrilərək,infrastrukturun, sənayenin inkişafını və yeni iş yerlərininyaradılmasını stimullaşdırır.

Hesabatda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)proqnozlarına da yer verilir. Bankın hesablamalarına görə, MərkəziTrans-Xəzər marşrutu üzrə konteyner daşımalarının həcmi 2022-ciildəki 18 min TEU-dan 2040-cı ildə 130 min TEU-ya çatacaq. Əgərböyük infrastruktur layihələri həyata keçirilərsə, bu rəqəm 865 minTEU-ya qədər yüksələ bilər ki, bu da mövcud göstəricidən 48 dəfəçoxdur. Dünya Bankı isə 2030-cu ilə qədər yükdaşımaların üç dəfəartaraq ildə 11 milyon tona çatacağını proqnozlaşdırır.

Dəhlizin inkişafına töhfə verən mühüm amillər sırasındanəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarınınsadələşdirilməsi, sistemlərin qarşılıqlı uyğunluğunun artırılmasıvə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi qeyd olunub.

Bundan əlavə, hesabatda ABMM-də qeydiyyatdan keçmiş şirkətlərinOrta dəhlizin təşviqində oynadığı fəal rola da toxunulur. Belə ki,Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərinibirləşdirən “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi Çinvə Avropa arasında multimodal daşımaların rəqəmsallaşdırılması vəoptimallaşdırılması üzərində çalışır.

Məqalədə:
Seçilən
5
1
az.trend.az

2Mənbələr