Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı belə deyib. İran-İsrail münaqişəsi fonunda İrana dəstək çıxan Türkiyə prezidenti bildirib ki, Tehranın özünü müdafiə etməsi onun qanuni haqqıdır.Prezident əlavə edib ki, Ankara vəziyyətin gedişatına uyğun olaraq hər cür ssenarini nəzərə alıb və mümkün risklərə qarşı hazırlıqlarını davam etdirir:
“Son 23 ildə üzləşdiyimiz digər münaqişələrdə olduğu kimi, İsrailin İrana qarşı həyata keçirdiyi terror hücumlarını da diqqətlə izləyirik. Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız və məsul şəxslər tam hazırlıq vəziyyətindədir. İstənilən riskə, istənilən mənfi ssenariyə qarşı hazırlıqlarımızı artıq görmüşük və bu istiqamətdə işlərimizi davam etdiririk”.
“Regionun bütün ölkələri, o cümlədən qonşumuz İran, baş verənlərdən ciddi nəticə çıxarmalıdır... Hər kəs ciddi şəkildə düşünməli, məsuliyyətini dərk etməlidir ”, – deyə Ərdoğan vurğulayıb.
Səbinə Həsənova
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta